Seçki prosesində qadınların iştirakının təşviqi ilə bağlı regionlarda tədbirlər davam etdirilir
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı, dairə və məntəqə seçki komissiyalarının iştirakı ilə 2024-cü ilin fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində qadınların iştirakının təşviqi, seçki hüququ barədə məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılması məqsədilə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdən ümumilikdə 151 nəfər faydalanıb.
Государственный комитет Азербайджанской Республики по проблемам семьи, женщин и детей