Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində "Gözəl bir gün" adlı tədbir keçirmişdir
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 iyun – Uşaqların Müdafiəsi Günü münasibətilə silsilə tədbirlərin yekunu olaraq, 3 iyun,2019-cu il tarixində "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində "Gözəl bir gün" adlı tədbir keçirmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva iştirak etmişdir. Maqsud İbrahimbəyovun eyni adlı əsərinə həsr olunmuş xeyriyyə layihəsində "İstedART" və " Yaradan uşaqlar "dan qırxdan çox uşaq iştirak etmişdir. “IstedArt” - "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən bu layihə inkişaf xüsusiyyətləri olan uşaqların və valideynləri olmayan uşaqların bacarıqları, yaradıcı tərəflərinin kəşf olunması məqsədi ilə yaradılmışdır. Tədbir çərçivəsində uşaqlara zəngin master-klass dərsləri, təhsil oyunları, musiqi və digər əyləncəli bayram proqramları nümayiş olunmuşdur. Bayram şənliyinin sonunda iştirak edən uşaqlara Komitə tərəfindən hədiyyələr paylanılmışdır.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan