Göygöl və Zaqatala rayonlarında maarifləndirmə tədbirləri keçirildi
Share:
10-11 iyun 2019-cu il tarixlərinddə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Zaqatala rayonunda və rayonun Gimnaziya məktəbində, Göyəm, Qazangül kəndlərində, 18-19 iyul tarixlərində Göygöl rayonunda və rayonun Üç təpə, Yeni qızılca kəndlərində baş tutan tədbirlərdə “Ailə institutunun gücləndirilməsi”, “Zorakılığa YOX deyək”, “Valideynlik bacarıqları” və “SİB-R uşaq inkişafının qiymətləndirilməsi” mövzularında təlimlər keçirilib.
Tədbirlərdə müsbət valideyn davranışları, valideyn məsuliyyəti, diqqət edilməli olduğumuz məqamlar, ailədaxili ünsiyyətin və münasibətin əhəmiyyəti, valideyn-övlad münasibətlərinin tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunması yolları, 0-18 yaşarası uşaqların fiziki və əqli inkişafında valideynlərin rolu və s. barədə məlumat verilib, fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan