"Həyati bacarıqlara yiyələn!" mövzusunda təlim keçirilib
Share:
Komitə və UNICEF-in birgə təşkil etdiyi yay düşərgəsinin 5-ci günündə uşaqlara
"Həyati bacarıqlara yiyələn!" mövzusunda təlim keçirilib. Təlimdə uşaqlara müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqların əldə edilməsi və onlardan səmərəli istifadə yolları və digər həyati bacarıqlarının inkişaf etdirilməsi barədə məlumat və tövsiyələr verilib, onlarla qrup işləri aparılıb.
Şəkillərdən də göründüyü kimi qruplardan biri işə qəbul, CV yoxlanılması və müsahibə prosesini səhnəcik formasında canlandırıblar.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan