“Azərbaycan ailəsi 2019” film festivalının mükafatlandırma mərasimi keçiriləcək

Share:
2009-cu ildən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondunun təkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan ailəsi” film festivalı və 2014-cü ildən festival çərçivəsində “Həyatdan şəkilə” fotomüsabiqəsi keçirilir.
Martın 1-dən başlayan 11-ci “Azərbaycan ailəsi - 2019” film festivalına 41 iştirakçı 49 film təqdim edib və bunlardan müsabiqənin məqsəd və ideyasına uyğun olan 47 film müsabiqəyə buraxılıb.
Müsabiqədə iştirak etmək üçün təşkilat komitəsinə 2 bədii film, 6 televiziya verilişi (AzTv və ARB Media Şirkətinin televiziya verilişləri), 9 sənədli film, 14 tələbə filmi, 3 xarici film (Almaniya, Fransa və İran), 6 sosial çarx, 7 vətənpərvərlik mövzusunda film, “Həyatdan şəkilə” adlı foto müsabiqəyə isə 21 iştirakçı 78 fotoşəkil təqdim edib.
Festivalda “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı sənədli film”, “Sosial şəbəkədə ən çox bəyənilən film”, “Ən yaxşı fotoşəkil” nominasiyaları üzrə qaliblər mükafatlandırılacaq. Eyni zamanda, festivalın məqsədinə və ideyasına uyğun olan filmlər də xüsusi mükafatlandırılacaq.
“Azərbaycan ailəsi 2019” film festivalının qaliblərinin mükafatlandırma mərasimi 21 noyabr saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.