Qəbələnin Mirzəbəyli kəndində “Könüllü qonaq” layihəsi keçirilib
Share:
Fevralın 24-ü Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Qəbələ rayon Mirzəbəyli kəndində “Könüllü qonaq” adlı layihə keçirilib. Layihədə Qəbələ UADM-in əməkdaşları, Qəbələ rayon 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Könüllü qonaq layihəsinin keçirilməsində məqsəd 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar “könüllülük” anlayışını təbliğ etmək və bundan ehtiyacı olan insanlara faydalı olmaqdır.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan