Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriləcək
Share:
8 mart Beynəlxalq Qadınlar Günü- qadınların iqtisadi, siyasi, mədəni və ictimai hüquq bərabərliyi uğrunda mübarizəsini, habelə qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır.
Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 6 mart 2020-ci il tarixində, saat 15:30-da Hökumət Evinin I mərtəbəsində yerləşən Konfrans zalında “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçiriləcək.
Tədbirdən əvvəl qonaqlar saat 15:00-da Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edəcəklər.
Tədbirdə ölkə başçısının qadınlara təbrik məktubu səsləndiriləcək və Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadınlara Prezident təltifləri təqdim olunacaqdır.
Tədbirin ictimai əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan