“Azərbaycan Ailəsi” doqquzuncu film festivalına sənədlərin qəbulu davam edir
Share:
2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı film festivalı böyük uğurla həyata keçirilir. Festivalın əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailə institutunun təbliğidir.
Növbəti “Azərbaycan Ailəsi” doqquzuncu film festivalına təqdim olunan materialların qəbulu davam edir. Materialların qəbulu 01 oktyabr 2017-ci il tarixində yekunlaşacaqdır. Müsabiqənin şərtləri haqqında məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi saytının “Ailə siyasəti” bölməsində yerləşdirilmişdir.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan