1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

1 iyun 2026 15:22

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 28 May – Müstəqillik Günü və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.

Görüşlərdə mərkəzlərin əməkdaşları, rayonların idarə və müəssisələrinin nümayəndələri, valideynlər, müəllimlər, uşaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər iştirakçıları əlamətdar günlər münasibətilə təbrik edərək, 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyəti, milli dövlətçilik ənənələrinin formalaşmasındakı rolu barədə məlumat veriblər. Eyni zamanda ölkədə uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi, hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışıblar.

Tədbirlərdə uşaqlar maraqlı bədii-əyləncəli və maarifləndirici proqramlarla çıxış ediblər. Onların ifasında musiqi nömrələri səsləndirilib, şeirlər söylənilib və müxtəlif səhnəciklər nümayiş olunub.

Sonda tədbirlərdə fəal iştirak edən uşaqlara təşəkkürnamələr və hədiyyələr təqdim olunub.