İctimai şura

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın yeni tərkibi seçildi

24 aprel 2025-ci il tarixindəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şura üzvlüyünə növbəti seçki keçirilib.  Vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə keçirilən seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin iştirakı ilə hesablanıb. Səsvermədə namizədliyi qeydə alınmış şəxslərdən ən çox səs toplamış 7 nəfər İctimai şuraya üzv seçilib.  Nəticədə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsiyanında İctimai şuranın tərkibi aşağıdakı kimi formalaşıb: 1.    Firuzə Rəsulova - “Əlilliyə erkən yardım Portec Şəbəkəsi” İctimai Birliyi 2.    Qəmərxanım Cavadlı- Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini  3.      Müslüm Məmmədov - “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi 4.   Məryəm Məcidova - “Gender Hub’’ İctimai Birliyi 5.   Şəmil Sadiq - “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi 6.    Ülvi Əliyev - “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi 7.   Venera Əsgərova - “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək”İctimai Birliyi     Qeyd edək ki, Seçkinin təşkili məqsədilə 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və seçkinin keçiriləcəyi ilə bağlı elan verilib. İctimai şuraya üzv olmaq üçün 14 nəfərin namizədliyi təsdiq edilib. Seçki Komissiyasının protokoluna əsasən şuraya üzvlüyün say həddi 7 olaraq təsdiq edilib. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şuranın səlahiyyət müddəti iki ildir. 

Ətraflı
Dövlət Komitəsi yanında İctimai şuraya seçkilərin vaxtı müəyyən olunub

7 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə yaradılan Seçki komissiyasının iclası keçirilib. İclasda İctimai şuraya seçkilərin təşkili, şuranın üzvlərinin say həddinin müəyyən edilməsi və seçki gününün təyin edilməsi məsələləri müzakirə edilib. Dövlət Komitəsinin aparat rəhbəri, Seçki komissiyasının sədri Ceyran Rəhmətullayeva Komissiya üzvlərini salamlayaraq, gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Bildirilib ki, 7 fevral - 19 mart 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin qeydiyyatı elan edilib və ictimai fəallar tərəfindən müraciətlər daxil olub. Sənədlər yoxlanılaraq qəbul olunub və Seçki komissiyasının üzvlərinə təqdim edilib. Daha sonra Komissiya üzvləri çıxış edərək, şuraya seçkilərin keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.    Yekunda Seçki komissiyasının Protokolu hazırlanıb. Protokola əsasən, şuranın üzvlərinin say həddi 7 nəfərdən ibarət tərkibdə müəyyən edilib. İclas zamanı İctimai şuraya seçki gününün 24 aprel 2025-ci il tarixinə təyin edilməsi qərara alınıb. Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 15  nəfərin namizədliyi təsdiq edilib. Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin siyahısı Səsvermədə təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə aşağıdakı sənədləri göstərməklə müraciət edə bilərlər: - səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti; - vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti; - təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti; - səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsi. Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyənlər qeyd olunan sənədləri 2025-ci il 8 aprel- 23 aprel tarixləri arasında (iş günləri saat 10.00-dan 17.00-dək) Dövlət Komitəsinə şəxsən təqdim edə və ya elektron poçt ünvanına (ictimaishura@family.gov.az) göndərə bilər. Səsvermədə hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçki ilə bağlı səsvermə 24 aprel 2025-ci il tarixində saat 10:00-dan – 16:00-dək Bakı Biznes Mərkəzində (Ünvan: Neftçilər prospekti, 44) keçiriləcək.        

Ətraflı
İctimai şura üzvləri ilə görüş keçirilib

1 noyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib. Görüş iştirakçılarını salamlayan sədr müavini Sədaqət Qəhrəmanova, Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb, həmçinin dövlət qurumlarının qeyri-hökumət təşkilatları ilə birgə cəmiyyətdə mövcud problemlərin həll edilməsində mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb. S.Qəhrəmanova Dövlət Komitəsi yanında  İctimai şuranın ötən dövr ərzindəki fəaliyyətini müsbət qiymətləndirib, qarşılıqlı əməkdaşlığın davamlı olacağını vurğulayıb. İctimai şuranın sədri Fariz Əkbərov Fəaliyyət Planı çərçivəsində Şura tərəfindən görülmüş işləri diqqətə çatdırıb, hazırda icra prosesində olan tədbirlər haqqında danışıb. Daha sonra görüş iştirakçıları həyata keçirilən layihələr barədə məlumat veriblər. Çıxış edənlər fəaliyyətin daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə təkliflərini səsləndiriblər. Görüş müzakirələrlə davam edib.

Ətraflı
Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri görüş keçirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi, ədliyyə müşaviri Aynur Sabitova və bir sıra idarələrin məsul əməkdaşları ilə görüşüblər. Görüş zamanı erkən nikah, qohum nikahları, aliment məsələləri ilə bağlı problemlər, həmçinin uşaq və qadın hüquqlarının qorunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə edilib.

Ətraflı
İctimai Şuranın üzvləri Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri və şöbə müdirləri ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov və aparatın şöbə müdirləri ilə görüşüblər. Görüşdə televiziyalarda yayımlanan sosial proqramlarda uşaq və qadınların hüquqlarının qorunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunub.

Ətraflı
İctimai Şuranın üzvləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovla görüşüblər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovla görüşüblər. Görüşdə qohum nikahları, erkən nikahlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunub.

Ətraflı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi və həmin şöbənin əməkdaşları ilə görüşüblər

Görüşdə uşaq hüquqları, uşaq evliliyi, qohum nikahları, uşaq əməyinin istismarı, məişət zorakılığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb,qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunub.

Ətraflı