Vətəndaşlar üçün

Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupu

Rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti haqqında  

Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə mərkəzi səviyyədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən, yerli səviyyədə isə yerli icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılmışdır.

Monitorinq və əlaqələndirmə qruplarının əsas fəaliyyət istiqamətləri-məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirməni həyata keçirmək, monitorinqləri aparmaq, əhali arasında maarifləndirmə tədbirlərini keçirmək, məişət zorakılığından zərər çəkmiş şəxsin və onun himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarını və təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin əlaqə nömrələri

Yerli İcra Hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə Qruplarının ölkə üzrə siyahısı (2025-ci il)