15 may – Beynəlxalq Ailə Günü münasibətilə “Ənənəvi dəyərlər, müasir çağırışlar” mövzusunda görüş keçirilib
Paylaş:
15 may – Beynəlxalq Ailə Günü ərəfəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar kollecdə “Ənənəvi dəyərlər, müasir çağırışlar” mövzusunda görüş təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilla Əliyeva çıxış edərək, ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ailə dəyərlərinin gənc nəslə aşılanmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyib.
K. Əliyeva çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət ailə siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıdışından bəhs edib.
Həmçinin iştirakçılara Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə şəhid və qazi ailələrinə dəstək, uşaq hüquqlarının müdafiəsi və həssas qrupların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Görüşdə ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, qloballaşma proseslərinin ailə institutuna təsiri, erkən nikahlar, qohum evlilikləri, doğulanadək cins seçimi və gender stereotipləri kimi mövzular müzakirə olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi