2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbirlər keçirilib

2 fevral 2026 17:58

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən keçirilən tədbirlərin məqsədi gənclər arasında ailə dəyərlərinin qorunması və təbliğidir.

Maarifləndirici görüşlər, psixoloji treninqlər formatında keçirilən tədbirlərdə gənc ailələr, gənclərlə işləyən yerli idarə və müəssiələrin əməkdaşları, Mərkəzlərin ekspert qrupunun üzvləri, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri və tələbələr iştirak edib.

Tədbirlərdə çıxış edənlər Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib, ölkəmizdə gənclərlə iş sahəsində, milli-mənəvi dəyərlərin təbliği,  gənclərin ailə həyatına hazırlanması və reproduktiv sağlamlıq  istiqamətində görülən işlərdən danışıblar.

Keçirilən psixoloji treninqlər interaktiv şəkildə təşkil olunub, müzakirə, situasiya tapşırıqları və sual-cavab vasitəsilə gənclərin mövzu üzrə bilik və bacarıqları artırılıb.