Ağdamda “Açıq qapı” günü keçirilib
Paylaş:
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının 3.1.9-cu bəndinin icrasına əsasən ailə, qadın və uşaq məsələləri sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 23 sentyabr 2025-ci il tarixində rayonun Kəngərli və Sarıcalı kəndlərində “Açıq qapı” günü keçirilib.
Psixoloq, sosial işçi, sosial pedaqoq və hüquqşünasın iştirakı ilə keçirilən “Açıq qapı” günündə psixoloji konsultasiya, sosial adaptasiya, sosial müavinətlər, işlə təmin olunma, bağça, ictimai iaşə müəssisələrinin açılması, məhkəmə qərarlarının icrası və digər məsələlər ilə bağlı müraciətlər yer alıb.
“Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilərək, onların psixo-sosial vəziyyəti və ehtiyacları qiymətləndirilib, həlli istiqamətində müvafiq dəstək göstərilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi