Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün növbəti təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fərdi məlumatlarla işləyən struktur bölmə əməkdaşları üçün fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində dövlət tənzimlənməsinə dair təlim təşkil olunub.
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən keçirilən təlimdə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Xəyalə Abbaslı-Əsgərli tərəfindən qanunvericiliyin tələbləri, fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi və fəaliyyət prosesində diqqət yetirilməli olan əsas məqamlar ətraflı izah olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi