“Ailə saatı” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

17 iyul 2026 11:41

Paylaş:

16 iyul 2026-cı il tarixində Xətai Sənət Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailə saatı” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.Uşaqlar və valideynlərin iştirak etdiyi görüşdə maarifləndirici və interaktiv proqram təqdim edilib.Tədbir çərçivəsində Azərbaycan Uşaqlarının İnkişafı Platformasının sədri Misir Məmmədov internet təhlükəsizliyi mövzusunda təqdimatla çıxış edib. Çıxışda uşaqların rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, onlayn risklərdən qorunma üsulları, kibertəhlükələrin yarada biləcəyi fəsadlar və bu prosesdə valideynlərin üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verilib. Təqdimatın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.Layihənin “Nağıl saatı” hissəsində tanınmış yazar Fatimə Alxaz uşaqlarla görüşüb. Müəllif uşaqlara öz əsərlərindən nümunələr təqdim edib, mütaliənin şəxsiyyət kimi formalaşmadakı əhəmiyyətindən danışıb.

Tədbirdə həmçinin uşaqlar üçün müxtəlif yaradıcı master-klasslar (ustad dərsləri) təşkil olunub.