Ankara şəhərində “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun növbəti Fəaliyyət Planı müzakirə edilib
Paylaş:
Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi iclas zamanı Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 4 noyabr 2022-ci il tarixində imzalanmış “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun növbəti Fəaliyyət Planının hazırlanması və icrası ilə bağlı məsələlər müzakirə olunub.
Hər iki ölkənin müvafiq qurumu tərəfindən Fəaliyyət Planına daxil ediləcək istiqamətlərlə bağlı təkliflər səsləndirilib. İclasda bildirilib ki, irəli sürülən bütün təkliflər ümumiləşdirilərək qarşılıqlı şəkildə mübadilə olunacaq və yekun razılaşdırılmış müddəalar hazırlanacaq növbəti Fəaliyyət Planında öz əksini tapacaq.
İclas ikitərəfli əməkdaşlığın perspektivləri, qarşıdakı dövr üçün prioritet istiqamətlər, həmçinin dövlət qulluğu sahəsində təcrübə mübadiləsinin aparılması istiqamətində müzakirələrlə davam edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi