Azərbaycan Dillər Universitetində uşaq hüquqlarının müdafiəsi müzakirə olunub
Paylaş:
Uşaq Hüquqları Aylığı çərçivəsində Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin birinci kurs tələbələrinin iştirakı ilə uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş maarifləndirici görüş keçirilib.
Görüşdə universitetin rektorunun müşaviri Anar Osmanlı, Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyev iştirak ediblər.
Çıxış edən Anar Osmanlı gənclərin hüquqi maarifləndirilməsinin, ictimai proseslərdə fəal iştirakının və sosial məsuliyyət hissinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Bənövşə Məmmədova tələbələrin yalnız akademik biliklərinin deyil, eyni zamanda sosial məsələlərə həssas yanaşmalarının və vətəndaş mövqeyinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyev uşaqların pozulan hüquqları, erkən evlilik, uşaq əməyinin istismarı, təhsildən yayınma və uşaqlara qarşı digər hüquq pozuntuları, eləcə də onların qarşısının alınması və müdafiə mexanizmləri barədə məlumat verib.
Görüş tələbələrin suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi