“Azərbaycan Respublikasının Konstitusiyası uşaqların gözü ilə” mövzusunda görüş keçirilib  

28 oktyabr 2025 12:28

Paylaş:

28 oktyabr 2025-ci il tarixində  Bakı şəhəri Suraxanı  rayonunda yerləşən 172 saylı tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsindəAzərbaycan Respublikasının Konstitusiyası uşaqların gözü ilə” mövzusunda 9-10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

İnteraktiv müzakirələr şəklində keçən təlim zamanı Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə Konstitusiyasının tarixi, mahiyyəti, həmçinin uşaq hüquqları ilə bağlı müddəaları  haqqında məktəblilərə məlumat verib.

Həmçinin görüşdə Uşaq Səfirlər Məclisinin üzvləri Məclisin fəaliyyəti haqqında ətraflı məlumatı uşaqların diqqətinə çatdırıblar.