Bahar Muradova COP31 çərçivəsində keçirilən layihənin təqdimatında iştirak edib
Paylaş:
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çərçivəsində “Qadınlarla tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı keçirilib.
Layihənin təqdimatında Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edib.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi və Sıfır Tullantı Fondu tərəfindən təşkil olunan tədbirdə qadınların dayanıqlı həyat tərzinin təşviqində rolu, tullantıların azaldılması, ekoloji məsuliyyətin artırılması və sıfır tullantı yanaşmasının gündəlik həyata inteqrasiyası ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi