Bahar Muradova Kəlbəcərdə məktəb kollektivi və şagirdlərlə görüşüb

19 sentyabr 2026 09:45

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kəlbəcər rayonuna səfəri çərçivəsində Bəhmən Cəfərov adına 1 saylı tam orta məktəbdə olub, məktəb kollektivi və şagirdlərlə görüşüb.
Görüş zamanı məktəbin fəaliyyəti, tədris prosesi və şagirdlərin təhsil imkanları ilə maraqlanan Komitə sədri uşaqların fikir və təkliflərini dinləyib, onların təhsilə, gələcək planlarına və qarşılaşdıqları məsələlərə dair düşüncələri ilə tanış olub.
Məktəbdə təhsil alan, Komitə yanında fəaliyyət göstərən “Uşaq Səfirlər Məclisi”nin iki üzvü ilə də görüşən Bahar Muradova onların təhsildəki nailiyyətləri, ictimai fəallığı və Məclisin fəaliyyəti çərçivəsində gördükləri işlərlə maraqlanıb. Uşaqların təşəbbüslərinin dəstəklənməsinə onların ictimai həyatda fəal iştirakının və potensialının inkişaf etdirilməsi üçün imkanların yaradılmasına, hüquqlarının qorunmasına, sağlam və təhlükəsiz mühitdə böyüməsinə yönələn dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verib.
Həmçinin yenidən qurulan Kəlbəcərdə, doğma yurda qayıdan ailələrin, xüsusilə uşaqların təhsili və inkişafı üçün hər cür şəraitin yaradılmasından razılığını bildirən soydaşlarımızın istəkləri ilə maraqlanıb