Bahar Muradova Neftçalada vətəndaşları qəbul edib

5 mart 2026 13:11

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 5 mart 2026-cı il tarixində Neftçala rayonunda vətəndaşları qəbul edib.

Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Qəbul zamanı Neftçala və Salyan rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında rayon ərazisində qadınların məşğulluğunun artırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün günərzi mərkəzlərinin yaradılması, işlə təmin olunma, hüquqi yardım və digər mövzular yer alıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.