Bahar Muradova Şirvan şəhərində vətəndaşları qəbul edib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şirvan şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
23 yanvar 2026-cı il tarixində keçirilən qəbul zamanı Şirvan şəhər və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, övladının müalicəsi, ailədaxili münasibətlər, uşaq tələbi və digər məsələlər yer alıb.
Qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi