Bahar Muradova Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində vətəndaşları qəbul edib

14 sentyabr 2026 14:46

Paylaş:

14 sentyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşların ailə məsələləri, övladlarının reabilitasiya və müalicəsi üçün dəstək göstərilməsi, işlə təmin olunma, sosial dəstək və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.