Bahar Muradova və Mahinur Özdemir Göktaş Azərbaycanın COP31 milli pavilyonunu ziyarət ediblər

13 noyabr 2026 10:07

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş COP31 çərçivəsində Azərbaycanın milli pavilyonunu ziyarət ediblər.
 
Pavilyonla tanışlıq zamanı Azərbaycanın ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı inkişaf istiqamətlərində həyata keçirdiyi tədbirlər, eləcə də layihə və təşəbbüslər barədə ətraflı məlumat təqdim edilib. Eyni zamanda iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmimi fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, COP31 - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası Türkiyənin Antalya şəhərində keçirilir.