Bakı Neft və Energetika Kollecində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

13 noyabr 2025 15:57

Paylaş:

13 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  və  Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin nəzdində olan Bakı Neft və Energetika Kollecinin  birgə əməkdaşlığı ilə uşaq hüquqları mövzusunda görüş keçirilib.

Görüşdə Bakı Neft və Energetika Kollecinin Tərbiyə işləri üzrə direktor müavini Muxtar Həsənov iştirakçılara görüşün məqsədi barədə məlumat verib, uşaq hüquqları, zərərli vərdişlərdən qorunmağın yollarından bəhs edib.

Daha sonra Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev uşaqların hüquqlarının qorunması sahəsində qəbul olunan qanunlar və hüquqların pozulduğu zaman atılmalı olan zəruri addımlardan danışıb.

Tədbirdə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri Fatimə Sultanlı və İsa Rəhimli Məclis barədə məlumat verib.

Sonda mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb, Uşaq Səfirlər Məclisində könüllü fəaliyyət göstərmək istəyən uşaqlar qeydiyyata alınıb.