Bakı şəhəri və regionlarda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar tədbirlər keçirilib

19 yanvar 2026 17:47

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Mərkəzlərdə və təhsil müəssisələrində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar müxtəlif formatlı tədbirlər keçirilib.

Rayon idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, məktəblilər, tələbələr, müəllimlər və icma sakinlərinin iştirak etdiyi tədbirlərdə xalqımızın azadlığı və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi yad olunub.

Ümumilikdə 980 nəfərin iştirak etdiyi tədbirlərdə Ümumxalq Hüzn Gününün tarixindən, xalqımızın müstəqilliyinin bərpası uğrunda mübarizəsindən danışılıb.

Tədbirlərdə məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar ifa edilib, bədii kompozisiyalar nümayiş etdirilib.