Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib

25 fevral 2026 16:02

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 25 fevral 2026-cı il tarixində psixoloq və sosial işçilərin iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib.

“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, İsmayıllı rayonunun İstisu, Ağdam rayonunun Təzəkənd, Goranboy rayonunun Veyisli, Hacıqabul rayonunun Kolanı, Qəbələ rayonunun Mamaylı, Saatlı rayonunun Sarıcalar, Sabirabad rayonunun Moranlı, Zaqatala rayonunun Sumaylı, Zərdab rayonunun Yarməmmədbağı, Göygöl rayonunun Topalhəsənli kənd və qəsəbələrini əhatə edib.

“Açıq qapı” günündə vətəndaşların UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, aliment, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, əlil arabası ilə təmin olunmaq, yaşayış şəraitinin yaxşılaşdırılması üzrə müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.