Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib

4 may 2026 14:54

Paylaş:

24 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən növbəti səyyar “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, İsmayıllı rayonunun Sumağalı, Ağdam rayonunun Quzanlı, Goranboy rayonunun Qırıqlı, Hacıqabul rayonunun Muğan, Saatlı rayonunun Nəsimikənd, Sabirabad rayonunun Muğan Gəncəli, Zaqatala rayonunun Aşağı Çardaxlar, Zərdab rayonunun Bəyimli, Göygöl rayonunun Əlimədədli kənd və qəsəbələrini əhatə edib. 

Psixoloq və sosial işçilərin iştirakı ilə keçirilən “Açıq qapı” günündə vətəndaşların UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, aliment, təhsil, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, yaşayış şəraitinin yaxşılaşdırılması üzrə ümumilikdə 68 nəfər vətəndaşın müraciəti dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq dəstək göstərilib.