Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 1 iyul 2026-cı il tarixində Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi, Göygöl rayonu, İsmayıllı rayonunun Topçu, Qəbələ rayonunun Savalan, Ağdam rayonunun Ayaq Qərvənd, Goranboy rayonunun Yenikənd, Hacıqabul rayonunun Pirsaat, Saatlı rayonunun Çolpı, Sabirabad rayonunun Nizami, Zaqatala rayonunun Bazar, Zərdab rayonunun Pərvanlı kənd və qəsəbələrini əhatə edib.
“Açıq qapı” günündə psixoloji konsultasiya, Mərkəzlərlə əməkdaşlıq, aliment, ailədaxili məsələlərin tənzimlənməsi, müalicə və sosial müavinətlər, əlilliyin müəyyən edilməsi, işlə təminat, özünüməşğulluq proqramı, yaşayış şəraitinin yaxşılaşdırılması üzrə 77 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan qadınlara hüquqi yardım göstərilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi