Bələdiyyələrdə fəaliyyət göstərən “Ailə və bərabər inkişaf” komissiyalarının üzvləri üçün təlimlər keçirilib

22 iyun 2026 10:20

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bələdiyyələrdə yaradılmış “Ailə və bərabər inkişaf” komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin komissiya üzvlərinin bilik və bacarıqlarının artırılması məqsədilə 16 və 19 iyun 2026-cı il tarixlərində təlimlər təşkil olunub.

“Komissiyanın məqsəd, vəzifə, funksiya və səlahiyyətləri” mövzusuna həsr edilən təlimlərin əsas məqsədi komissiyaların institusional potensialının gücləndirilməsi, yerli idarəetmədə gender bərabərliyi və genderə həssas yanaşma prinsiplərinin təşviqi, eləcə də müvafiq qanunvericilik bazası ilə bağlı iştirakçıların məlumatlılığının artırılması olub.

Ekspert Abil Bayramov tərəfindən interaktiv formatda keçirilən təlimlər zamanı mövzu ətrafında praktiki nümunələr əsasında fikir mübadiləsi aparılıb, əldə olunan bilik və yanaşmaların komissiyaların gələcək fəaliyyətində tətbiqinin əhəmiyyəti vurğulanıb. Müzakirələrlə davam edən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.