Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirməsi üzrə keçirilən silsilə seminarlara yekun vurulub

25 noyabr 2025 16:28

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən tədbirlər zamanı iştirakçılara bələdiyyələrdə gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli idarəetmənin genderə həssas yanaşma və gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqinə dair maarifləndirici məlumatlar verilib.

Oktyabrın 24-dən noyabrın 25-dək ekspert Abil Bayramov tərəfindən Oğuz, Daşkəsən,Ağsu, Ucar və Kürdəmir rayonlarında keçirilən seminarlarda ümumilikdə175 nəfər bələdiyyə sədrləri və üzvləri iştirak edib.