Bərdədə vətəndaş qəbulu keçirilib

20 fevral 2026 17:12

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bərdədə vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsinə dərin ehtiram bildirilib.

20 fevral 2026-cı il tarixində keçirilən qəbul zamanı Bərdə və Tərtər rayon sakinlərinin müraciətləri dinlənilib.

Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, övladının müalicəsi, ailədaxili münasibətlər, uşaqla ünsiyyət, məişət zorakılığı, sosial müavinət və digər məsələlər yer alıb.

Qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.