Cəlilabadda vətəndaş qəbulu keçirilib

5 dekabr 2025 14:58

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 5 dekabr 2025-ci il tarixində Cəlilabad rayonunda vətəndaşları qəbul edib.

Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı Cəlilabad, Cəbrayıl Biləsuvar rayon sakinlərinin hüquqi yardım, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.