Cəzaçəkmə müəssisələrindən azad olunmuş qadınlar üçün rəqəmsal bacarıqlar üzrə təlimlərə start verilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,“Maestro School” və “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin əməkdaşlığı ilə cəzaçəkmə müəssisələrindən azad olunmuş qadınlar üçün “Qadınların Rəqəmsal Bacarıqlarının İnkişafı ” adlı təlimlərə start verilib.
Təlimlərin keçirilməsinin əsas məqsədi qadınların cəmiyyətə inteqrasiyası, onların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, İT sahəsində yeni biliklər əldə etməklə məşğulluq və müasir rəqəmsal alətlərdən istifadə imkanlarının artırılmasıdır.
Qeyd edək ki, təlimlər 2 oktyabr 2026-cı il tarixindən etibarən 3 ay müddətində keçiriləcək.
Təlimlərdə 15 nəfər qadın iştirak edir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi