Çində "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində seminar keçirilib
Paylaş:
2025-ci ilin 12–29 oktyabr tarixlərində Çin Xalq Respublikası tərəfindən “Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına üzv və tərəfdaş ölkələrdən olan nümayəndələrlə inkişaf təcrübəsinin paylaşılması və əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi məqsədilə seminar keçirilib. Seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Roza Şamıyeva da iştirak edib.
14 gün davam edən seminar müddətində Pekin şəhərində 6, Çindao şəhərində 2 müəssisəyə səfər edilib. Səfər zamanı iş prosesində innovativ yeniliklərlə (robototexnikanın istifadəsi ilə) tanış olan seminar iştirakçıları “Çində əsas şərtlər və ümumi vəziyyət”, “Komanda quruculuğu”, “Korporativ mədəniyyət” mövzularında təqdimatları və Çin Xalq Respublikasının tanınmış universitet müəllimlərinin müxtəlif mövzularda mühazirələrini dinləyiblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi