Dövlət Komitəsi Bakı şəhərinin Xəzər rayonu və regionlarda növbəti “Açıq qapı” günü keçirəcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən növbəti “Açıq qapı” günü keçiriləcək.
“Açıq qapı” günü 24 aprel 2026-cı il tarixində, saat 10:00-dan 13:00-dək psixoloq və sosial işçilərin iştirakı ilə Bakı şəhərinin Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcəkdir.
“Açıq qapı” gününün keçirildiyi məkanlar barədə məlumatı almaq üçün aşağıdakı linkə keçid edin.
https://family.gov.az/storage/news/April2025/news_22_os1DwjOV48.pdf
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi