Dövlət Komitəsi növbəti könüllü qəbulu elan edir
Paylaş:
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsi növbəti dəfə “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəbulunu elan edir.
Proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə edərək, peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq və ölkədə könüllülük hərəkatının inkişafına töhfə verməkdir.
“Ailəm könüllüləri” proqramında:
− 16-29 yaşlı;
− Ali təhsilli (hazırda təhsilini davam edənlər də daxil olmaqla);
− İntizamlı;
− Təşkilatçılıq bacarığı olan;
− Kollektivdə işləmək bacarığına sahib;
− Operativ;
− Kompüter və xarici dil bilikləri olan;
− Təşəbbüskar gənclər iştirak edə bilər.
Proqram həftədə 3 dəfə, 2 saat olmaqla, 3 ay davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa vuranlar Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.
Müraciət üçün son tarix: 10 may 2026-cı il.
“Komitəsində könüllü fəaliyyətin təşkili haqqında” Qaydalar
Əlaqə: +99412 493 79 62
What’s App: +99451 230 45 78
E-poçt: scfwcavolunteers@gmail.com
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi