Dövlət Komitəsi tərəfindən əlilliyi olan qadınlar üçün onlayn təlimlərə start verilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Maestro School”-un əməkdaşlığı ilə 23 sentyabr 2026-cı il tarixindən etibarən “Fundamental İT bilikləri və ilkin rəqəmsal bacarıqlar” mövzusunda onlayn təlimlərə start verilib.
Təlimlərin əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə fəal inteqrasiyasının və məşğulluq imkanlarının artırılması, iştirakçıların fundamental İT və ilkin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal alətlərdən gündəlik və peşəkar fəaliyyətlərində daha səmərəli istifadə imkanlarının artırılması, həmçinin onların özünəinam və motivasiyasının gücləndirilməsidir.
Qeyd edək ki, təlimlər 23 sentyabr 2026-cı il tarixindən etibarən 3 ay müddətində, onlayn formatda keçiriləcək.
Təlimlərdə 15 nəfər əlilliyi olan qadın iştirak edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi