Dövlət Komitəsi tərəfindən hazırlanmış maarifləndirici posterlər “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus sərnişin qatarlarının monitorlarında nümayiş etdirilir

15 oktyabr 2026 12:09

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə, qadın və uşaq məsələlərinə dair hazırlanmış 12 maarifləndirici poster “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində sərnişin qatarlarının monitorlarında nümayiş etdirilir.

Posterlərdə uşaq hüquqlarının müdafiəsi, uşaq əməyinin və zorakılığın qarşısının alınması, kibertəhlükəsizlik, erkən evlilik, narkomaniya ilə mübarizə, sağlam həyat tərzi və digər mühüm mövzular əhatə olunur.