Dövlət Komitəsində rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində müzakirələr aparılıb

6 may 2026 12:32

Paylaş:

6 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən iclasda “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasından irəli gələn öhdəliklər müzakirə olunub, aidiyyəti istiqamətlər üzrə müvafiq tapşırıqlar verilib.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında qeyd edib ki, dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi, süni intellekt həllərinin genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində institusional yanaşmaların gücləndirilməsi olduqca vacibdir.

Qeyd edilib ki, Fəaliyyət Planının 8.1.13-cü bəndinə uyğun olaraq Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə uyğun rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik məsələlərini əks etdirən yol xəritəsinin hazırlanması və icrasının təmin edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

İclasda aidiyyəti istiqamətlər üzrə koordinasiyanın gücləndirilməsinin, müasir texnoloji yanaşmaların tətbiqinin və rəqəmsal inkişaf sahəsində institusional potensialın artırılmasının vacibliyi qeyd olunub.