Dövlət Komitəsinin “Gender bərabərliyinin təminatları haqqında” Qanunun icrasına dair 2024-cü il üzrə məlumatı müzakirə olunub

21 may 2025 10:07

Paylaş:

21 may 2025-ci il tarixində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender bərabərliyinin təminatları haqqında” Qanunun icrasına dair 2024-cü il üzrə məlumatı müzakirə olunub.
Komitənin sədr müavini Sədaqət Qəhrəmanova iclasda çıxışı zamanı görülən işlərdən danışaraq, bu sahədə qurumlararası əməkdaşlığın önəmini vurğulayıb. O, hesabatda əldə edilən nailiyyətlərlə bağlı geniş məlumatların əks olunduğunu deyib.
Sədr müavini qadınların yüksək vəzifələrə təyin olunması, hüquq-mühafizə orqanlarında iştirakçılığının artması kimi müsbət göstəriciləri diqqətə çatdırıb.
S.Qəhrəmanova qarşıda duran vəzifələrdən bəhs edərək, dövlət qurumları ilə yanaşı, qeyri-dövlət müəssisələri ilə də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.