Dövlət Komitəsinin sədr müavini İƏT-in Qadınlar üzrə 9-cu Nazirlər Konfransında iştirak edib

13 iyul 2026 12:38

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova 12-13 iyul tarixlərində Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar üzrə 9-cu Nazirlər Konfransında iştirak edib.

“İƏT ölkələrində qadınların sosial-iqtisadi və siyasi səlahiyyətləndirilməsi: Çağırışlar və gələcək fəaliyyət istiqamətləri” mövzusuna həsr olunan konfransda üzv dövlətlərin nümayəndə heyətləri qadınların qərarqəbuletmədə iştirakının genişləndirilməsi, iqtisadi imkanlara çıxışının artırılması və rəqəmsal gender bərabərliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Tədbirdə, eyni zamanda Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin əməkdaşı Nigar Manafova da iştirak edib.

Qeyd edək ki, “İƏT ölkələrində qadınların sosial-iqtisadi və siyasi səlahiyyətləndirilməsi: Çağırışlar və gələcək fəaliyyət istiqamətləri” mövzusuna həsr olunan konfrans İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında qadınların hüquq və imkanlarının genişləndirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.

Konfrans öz işini iyulun 13-də başa çatdırır.