Dövlət Komitəsinin sədri Bahar Muradova Ankarada işgüzar səfərdədir

21 aprel 2026 10:14

Paylaş:

21–22 aprel tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində “Rəqəmsal mühitdə uşaqların müdafiəsi sahəsində beynəlxalq siyasət və təcrübə mübadiləsi” mövzusunda beynəlxalq dəyirmi masa keçiriləcək.
Dəyirmi masa çərçivəsində təşkil olunacaq yüksək səviyyəli toplantıda Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Dəyirmi masa çərçivəsində müxtəlif ölkələrin aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və ekspertlərin iştirakı ilə tematik müzakirələr və panel sessiyalar keçiriləcək.
Tədbirin əsas məqsədi rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl siyasətlərin müzakirəsi və bu istiqamətdə ölkələr arasında əməkdaşlığın gücləndirilməsidir.