Dövlət Kukla Teatrında uşaq hüquqlarına dair maarifləndirici tədbir keçirilib

23 noyabr 2026 17:24

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsi əməkdaşlarının iştirakı ilə 20 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Kukla Teatrında “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqların hüquqlarına dair maarifləndirici tədbir keçirilib.

Tədbirdə uşaq hüquqlarının qorunmasının əhəmiyyəti, uşaqların hüquq və azadlıqları, təhlükəsiz mühitdə böyüməsi və hərtərəfli inkişafı məsələlərinə diqqət çəkilib.

Tədbirin bədii hissəsində uşaqlar “Qoğal” tamaşasını izləyərək dostluq, mərhəmət, qarşılıqlı hörmət və düzgün seçim kimi dəyərləri əks etdirən mesajlarla tanış olublar.

Tədbir uşaqların hüquqları barədə məlumatlılığının artırılmasına, onların mənəvi inkişafına və uşaq hüquqlarının təşviqinə töhfə verib.