“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib
Paylaş:
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.
Təlim zamanı korrupsiyaya qarşı mübarizə sahəsində əsas anlayışlar, qanunvericiliyin tələbləri, korrupsiya risklərinin qarşısının alınması və dövlət qulluqçularının bu istiqamətdə vəzifələri barədə məlumat verilib. Bununla yanaşı, dövlət qulluğunda etik davranışın əsas prinsipləri, etik normalara riayət olunmasının əhəmiyyəti və xidməti fəaliyyət zamanı qarşıya çıxa biləcək etik dilemmaların həlli yolları da diqqətə çatdırılıb.
Təlim çərçivəsində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyaları ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabbarov tərəfindən korrupsiyaya qarşı mübarizənin hüquqi çərçivəsi, dövlət qulluqçularının davranış standartları, etik prinsiplər və onların praktiki tətbiqi ilə bağlı ətraflı təqdimat edilib. Həmçinin korrupsiya ilə mübarizə və etik davranış qaydalarına dair müddəaların gündəlik iş fəaliyyətində tətbiqi məsələləri izah olunub.
Təlim interaktiv müzakirələr şəklində davam edib, iştirakçıların sualları cavablandırılıb və praktiki nümunələr əsasında müxtəlif iş situasiyaları nəzərdən keçirilib. Dövlət qulluqçularının qarşılaşa biləcəkləri halların qanunvericiliyin tələbləri və etik prinsiplər çərçivəsində qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi