“Erkən evlilik və qohum evliliyin mənfi nəticələri” mövzusunda növbəti görüş keçirilib
Paylaş:
14 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclər üçün keçirilən maarifləndirici tədbirlərin davamı olaraq “Erkən evlilik və qohum evliliyin mənfi nəticələri” mövzusundaAzərbaycan Dövlət Pedaqoji Kollecindənövbəti tədbir keçirilib.
Kollecin direktoru Amalya Sezgin açılış nitqi ilə tədbir iştirakçılarını salamlayaraq, mövzunun aktuallığını qeyd edib.
Daha sonra Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdirinin müavini Kamila Əliyeva çıxış edib və iştirakçılara Dövlət Komitəsi tərəfindən bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Erkən evlilik və qohum evliliyin törətdiyi mənfi nəticələri barədə danışan K.Əliyeva stereotiplər əsasında yaranan erkən və qohum evliliklərlə mübarizədəbütün cəmiyyət üzvlərinin fəal olmalarının vacibliyini vurğulayıb.
Tədbir iştirakçılarına erkən və qohum evliliyi ilə bağlı sosial çarx nümayiş etdirilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi