Gənclərlə ailə dəyərlərinə həsr olunmuş görüş keçirilib

Paylaş:
8 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində tələbələrlə “Gənclərin ailə həyatına hazırlığı, erkən evlilik və qohum evliliklərinin fəsadları” mövzusunda görüş keçirilib. Görüş Azərbaycan Dillər Universitetində “Sağlam gələcək sağlam gəncliklə gələcək” şüarı ilə baş tutub.
Görüşü giriş sözü ilə Universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Kazımbəyli açıb. Daha sonra Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov, Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov, Psixologiya Elmi Tədqiqat İnstitutunun təlimçi-psixoloqu, 10 nömrəli sanatoriya tipli internet məktəbinin psixoloqu Lətafət Novruzova çıxış ediblər. Çıxışlar zamanı dövlət ailə siyasəti, ailə və nikah institutu, gənclərin ailə həyatına hazırlığı, erkən evliliklərin və qohum evliliklərinin fəsadları, gənclərin müsbət psixoloji durumunun əhəmiyyəti, uyğun və düzgün həyat yolunun seçilməsi prinsipləri barədə məlumatlar verilib.
Görüşdə Dövlət Komitəsi tərəfindən hazırlanan “Genofondumuzu qoruyaq”, “Uşaqlarımızın xoşbəxt gələcəyi üçün erkən evliliyə YOX deyək!” və “Ailəmiz - ən dəyərli xəzinəmizdir” adlı sosial çarxlar nümayiş olunub.