“Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması” mövzusundə yüksək səviyyəli dəyirmi masa keçirilib
Paylaş:
BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci Sessiyasında “Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması” mövzusundə yüksək səviyyəli dəyirmi masa keçirilib.
Sessiya çərçivəsində keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva çıxış edərək, sosial siyasət, qadınların gücləndirilməsi və cəmiyyətdə ailə dəyərlərinin təşviqi istiqamətində Azərbaycanın təcrübələri barədə ətraflı məlumat verib.
C.Rəhmətullayeva qeyd edib ki, sosial siyasətin əsas istiqamətlərindən biri qadınların gücləndirilməsi, gənc nəslə ailə dəyərlərinin aşılanması və yaşlı nəslə hörmətin təşviq olunmasıdır. Onun sözlərinə görə, bu prinsiplər sağlam və dayanıqlı cəmiyyətin formalaşmasının əsas prioritetlərindən biridir.
Sonda vurğulanıb ki, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, ailə institutunun dəstəklənməsi və nəsillərarası həmrəyliyin təşviqi sosial inkişafın və cəmiyyətin rifahının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi