Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə süni intellekt proqramı tərəfindən uşaqlara pilot təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə süni intellekt proqramı tərəfindən uşaqlara uşaq hüquqları mövzusunda pilot təlim keçirilib.
Təlimdə iştirak edən uşaqlar “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş təhsil hüququ, həyat və sağlamlığın qorunması hüququ, hüquq bərabərliyi, şərəf və ləyaqətin müdafiəsi hüququ, fikir və söz azadlığı, məlumat azadlığı və vicdan azadlığı mövzularında yeni biliklər əldə edib, süni intellekt proqramı ilə interaktiv fikir mübadiləsi aparıb, verilən tapşırıqları və oyunları yerinə yetiriblər.
Təlimin bu formatda keçirilməsində əsas məqsəd uşaqlarda süni intellekt proqramları ilə öyrənmə və davranış vərdişlərinin formalaşdırılması, həmçinin gələcəkdə maarifləndirmə işlərinin daha səmərəli, optimal və əhatəli aparılmasıdır.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi